Seysmoloji Xidmət Mərkəzinin vəzifəli şəxsi vəfat edib.
Oxu.Az xəbər verir ki, Mərkəzin Pirqulu Seysmik Stansiyasının rəisi, 1951-ci il təvəllüdlü Həsənov Oleq Fətəli oğlu vəfat edib. O, uzun illərdir onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Əslən İsmayıllı rayonundan olan O. Həsənov elə orada da torpağa tapşırılıb.
Qeyd edək ki, O. Həsənov uzun müddət Pirqulu Seysmik Stansiyasında əvvəlcə mühəndis, daha sonra rəis vəzifəsində çalışıb.
Könül Cəfərli