Dünən Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Bakı-Quba yolunun 110-cu kilometrliyində “KamAZ” markalı yük maşınına çırpılan “Mercedes”i Bakı sakini, 34 yaşlı Sənan Quliyev idarə edirmiş.
O, hadisə yerindəcə keçinib. Avtomobildə olan sürücünün dostu Əfqan Əsgərovun isə ayaqları sınıb.
Dəhşətli qəzada ölən 34 yaşlı S.Quliyev Səbail rayonunda yerləşən 49 saylı “İntellekt” məktəb-liseyin direktoru, əməkdar müəllim Təhminə Əsədovanın oğludur. S.Quliyev subay olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.