Tovuzda təmir gedən evdə partlayış olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Qaraxanlı kənd sakini, əlil, 42 yaşlı Bayram Məhərrəmov evində təmir işləri apararkən qaz balonu partlayıb.
Partlayış nəticəsində ağır xəsarətlər alan B. Məhərrəmov Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Daha sonra isə o, Bakıya – Respublika Yanıq Mərkəzinə göndərilib.