Əgər yolda sürəti məhdudlaşdıran işarə yoxdursa və yol polisi mülki maşına gizli şəkildə radar qoşubsa, bu, Qanuna ziddir.
Oxu.Az xəbər verir ki, bu sözləri Axar.az-a Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Şəmkir-Gəncə yolunda yol polislərinin mülki maşına radar qoşması ilə bağlı xəbərə münasibət bildirərkən dedi.
Onun sözlərinə görə, belə bir faktla bağlı müraciət daxil olduğu təqdirdə araşdırma aparıla bilər:
“Bu barədə artıq məlumatlıyıq. Müəyyən olunarsa ki, yol polisi əməkdaşı nişan olmayan ərazidə sürəti ölçüb və buna görə sürücünü məsuliyyətə cəlb edib, bu zaman yol polisi əməkdaşı özü intizam məsuliyyətinə cəlb ediləcək”.
K.Əliyev bildirdi ki, sürücülər radarın harada yerləşdirildiyini bilirlər. Çünki bununla bağlı müvafiq yol nişanları var:
“İnformasiya stendi 6.14 servis nişanı və yaxud maksimum sürəti məhdudlaşdıran 3.24 yol nişanı quraşdırılır. O nişanın təsir sahəsi olan ərazidə sürücü bilməlidir ki, həmin yolda radar ola bilər. Həmin ərazi üçün müəyyən edilmiş sürət həddini aşmamalıdır. Bu qurğular maşını idarə edən və digər sürücülərin təhlükəsizliyi naminə qoyulan qurğulardır. Yol polisinin əməkdaşları sürücülərin təhlükəsizliyi üçün çalışır”.
Radar işarəsi yoxdursa, gizli quraşdırma Qanunsuzdur.
10:17
Şəmkir-Gəncə yolunda yol polisi gizli radarlarla sürücüləri cərimələməsi üçün ağlagəlməz tələ qurub.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, Könüllü kəndinin ərazisində polis dayanacağın arxasına girib və mülki maşınını saxlayıb.
Radarı mülki maşına qoşub ki, qarşı tərəfdən gələnlər onu görməsinlər.
Yol polisinin özbaşınalığı fotolarda da əks olunub.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinin mövqeyini öyrənmək mümkün olmayıb.