Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanda sabiq yüksəkrütbəli məmur vəfat etdi
Prezidentin İşlər İdarəsinin avtomobil sektorunun sabiq müdiri İsmayıl Ələkbərov vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat veriblər.
Bildirilib ki, İ.Ələkbərov 74 yaşında xəstəlikdən dünyasını dəyişib.
Xatırladaq ki, İsmayıl Qurban oğlu Ələkbərov 12 noyabr 1951-ci ildə Tovuz rayonunda anadan olub. O, uzun illər Xüsusi Dövlət Mühafizə Xidmətində çalışıb və polkovnik rütbəsinə qədər yüksəlib. 2014-cü ildə Azərbaycan Prezidentinin sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. 2015-ci ildə ehtiyata buraxılıb. Daha sonra Prezidentin İşlər İdarəsində işləməyə başlayıb. Burada avtomobil sektorunun müdiri vəzifəsini icra edib və 2024-cü ilin yanvar ayında işdən çıxıb.
"Tovuz rayonu" teqi üzrə xəbərlər
- Epilepsiya xəstəsi olan qadın əməliyyatdan sonra öldü
- Sevdiyi qıza görə özünü yandıran Ceyhun uşaq evində böyüyübmüş - Anasının da ölümünə səbəb olub
- Tovuzda sel suları fəlakətə səbəb oldu - Kənd sakininin evi uçdu
- Ermənistanın mühəndis-istehkam işləri və İranla hərbi təlimlər
- Bakı, Sumqayıt, Bərdə, Tovuz və İsmayıllıda təbiətə 90 min manata yaxın ziyan vurulub