Xəzərin Azərbaycan sektorunda Qubadan 83 km şimal-şərqdə zəlzələ baş verib.
Oxu.Az Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, yeraltı təkanlar bu gecə saat 00:46-da qeydə alınıb.
Zəlzələnin maqnitudası 5.00 olub.
