Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycanın ali məktəbləri dünya reytinqində
2013-ci ilin iyul ayında dünya ali məktəblərinin ümumi gücü, müasirliyi, o cümlədən elektron-virtual dünyada gücü, tanınması əsas götürülərək 25 000 ali məktəb, o cümlədən Azərbaycandan 38 ali məktəb növbəti dəfə öyrənilmiş, tədqiq olunub.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, ali məktəblərin adı açıqlanmış, onların hər birinin tutduğu yer elan olunub.
Yüksək liqada (ilk 1/3) Azərbaycandan yalnız iki universitet - Bakı Dövlət Universiteti və Xəzər Universiteti yer alıb. Müqayisə üçün qeyd edək ki, burada- ilk 1/3-də Gürcüstandan – 5, Ermənistandan – 3, Moldovadan – 4, Belarusdan – 16, Estoniyadan – 10, Latviyadan – 11, Litvadan – 14, Qırğızıstandan – 5, Özbəkistandan – 4, Qazaxıstandan – 20 ali məktəb yer alıb.
Dünyanın ən yaxşı 1650 kitabxanası arasında Azərbaycandan yalnız Xəzər Universitetinin kitabxanası yer ala bilib.
Xəzər Universiteti kitabxanası Dünya üzrə 1040-cı, Avropa üzrə isə 477-ci yerdədir.
BDU və Xəzər Universitetindən sonra gələn Azərbaycan Diplomatiya Akademiyası ilk on minliyə düşə bilib.
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda müğənninin qızı rəfiqələrinə qoşulub evdən qaçdı
- Tullantıdan elektrik enerjisinə gedən yol - Zavoddan FOTOREPORTAJ
- Bakıda maskalı şəxs lombarda silahlı basqın edib - ANBAAN GÖRÜNTÜLƏR
- "Bakıda üç gündür aşan yol nişanı təmir edilmir" - Şikayət
- Bakıda biri uşaq olmaqla üç nəfər yanaraq öldü: YENİ DETALLAR