Azərbaycan Bloomberg” agentliyi 2015-ci il üçün effektiv səhiyyə sisteminə malik olan ölkələrin reytinqində 51-ci yeri tutub.
Oxu.Az xəbər verir ki, araşdırma əhalisinin sayı 5 milyondan çox, adambaşına düşən ÜDM-in 5 min dollardan başladığı və əhalisinin orta yaş həddinin 70 yaş olduğu 55 ölkə üzrə aparılıb.
MDB ölkələrindən Qazaxıstan 45-ci, Belarus 47-ci, Rusiya isə 54-cü olub.
Reytinqin lideri Honkonqdur. Siyahıda ikinci yeri Sinqapur, 3-cü yeri İsrail, 4-cü yeri İspaniya, 5-ci yeri KXDR və 6-cı yeri İtaliya tutur.
E.Ə.
www.oxu.az