Müğənni Röya Ayxan Türkiyənin haberturk.com saytına müsahibə verib.
Oxu.Az xəbər verir ki, ifaçı “Sizə Azərbaycanın Rihannası deyirlər” sualını belə cavablandırıb:
“Mən özümü heç bənzətmirəm. Bəlkə də onu sevənlərin xoşuna gəlməyəcək. Hər kəsin işinə hörmətim var, amma Rihannanı izləmirəm. Aramızda fərq var. Yalnız eyni geyim markasından istifadə etdiyimiz üçün ona bənzədilirəm”.

Röya Ayxan sevgi həyatı barəsində isə bunları dilə gətirib:
“Hal-hazırda sevgilimlə danışmıram, amma otağının divarlarına “səni sevirəm” yazmışam. Bunu əsəbi olanda da söyləyərəm.
Duyğularımı kəskin ifadə edirəm. Azərbaycanda jurnalistlərə ünvanlanan “Kiminlə üz-üzə gələndə stress keçirirsiniz?” sualına cavab olaraq 80%-i mənim adımı söyləyib”.

Müsahibəni daha ətraflı aşağıdakı linkdən oxuya bilərsiniz:
http://www.haberturk.com/magazin/roportajlar/haber/1171577-roya-turkiyede-de-sevilmek-istiyorum
Aytən Sadıqzadə
www.oxu.az