Azərbaycanda ən hündür şəlaləsi buz bağlayıb.
Oxu.Az XəzərTV-yə istinadən xəbər verir ki, Qubanın “Afurca” kəndində, hündür dağ zirvələrinin mənbəyindən axıb gələn şəlalə buz vannasına çevrilib.
Yerli sakin Bayram Seyidov deyir ki, Afurca şəlaləsini görmək üçün digər rayonlardan, eləcə də, xarici ölkələrdən bura turistlər üz tutur. Ancaq hava soyuq olduğundan buraya gəlmək çətindir.
Nadir hallarda donan şəlalə sakinlərində marağına səbəb olub. Diametri 3-4 metr, uzunluğu 40-metrdən çox olan şəlalə tamamilə donub. Su yuxarıdan buzu deşərək üstündən axır. digər sular isə donmuş şəlalənin içindən axır. Uzun buz qatı yaradan şəlalə gecələr tamamilə donur.
Həmin buz şəlaləsinin üstündə müsahibə verən kənd sakini ayağı sürüşdüyü üçün Xəzər TV-nin əməkdaşı Emin Kərimovun üstünə yıxılır.
Bu kadrlar Türkiyə internet mediasında da geniş marağa səbəb olub.