Baku TV Azərbaycanın ən qədim məscidi - Şamaxı Cümə məscidindən görüntülər yayımlayıb.
Qeyd edək ki, məscid 743-cü ildə inşa olunub. Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidi Xəlifə Xalid ibn Vəliyədin dövründə onun qardaşı Müslüm ibn Vəliyədin Azərbaycana gəlməsinin şərəfinə tikilib.