Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanın göndərdiyi humanitar yardımın bir hissəsi Ukraynaya çatıb - FOTO/VİDEO
Azərbaycanın göndərdiyi növbəti humanitar yardımın bir hissəsi artıq Ukraynaya çatıb.
“Report” xəbər verir ki, Ukraynanın Çernovis vilayətində yardım yüklərinin təhvil verilməsi mərasimi keçirilib.
Mərasimdə çıxış edən Azərbaycanın Ukraynadakı səfirliyinin müvəqqəti işlər vəkili Sabir Rzayev bildirib ki, son humanitar yardım Ukraynanın müraciəti əsasında göndərilib:
“Azərenerji” ASC-nin təmin etdiyi 45 güc transformatoru və 50 generatorun bir hissəsi artıq Ukraynaya çatıb. Digərlərinin isə yaxın günlərdə ölkəyə çatdırılması gözlənilir”.
O qeyd edib ki, Azərbaycanın bu günə qədər Ukraynaya göndərdiyi humanitar yardımın məbləği 30 milyon manat həcmindədir.
Mərasimdə iştirak edən Ukraynanın Energetika Nazirliyinin rəsmisi Lutsi Petroviç isə humanitar yardıma görə Azərbaycan dövlətinə və xalqına təşəkkür edib.
L.Petroviç söyləyib ki, ağır günlərdə Azərbaycan hər zaman Ukraynaya dəstək olub:
“Azərbaycanın göndərdiyi humanitar yardımlar döyüşlərdən, xüsusən də Rusiyanın endirdiyi raket zərbələrindən daha çox zərər çəkən Xerson, Xarkov, Nikolayev və Çernoqov vilayətlərinə göndəriləcək”.
Qeyd edək ki, Ukrayna tərəfindən daxil olmuş müraciətlərə cavab olaraq, dekabrın 10-da mövcud vəziyyətlə əlaqədar zərərçəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası məqsədilə Azərbaycan tərəfindən Ukrayna xalqına əsas elektrik avadanlıqlarından ibarət humanitar yardım göndərilib.
"Azərenerji" teqi üzrə xəbərlər
- "Azərenerji" COP29-la bağlı gücləndirilmiş iş rejiminə keçir
- İlham Əliyev Zəngilanda "Sarıqışlaq" Su Elektrik Stansiyasının açılışında iştirak edib
- Azərbaycanda yeni kiçik su elektrik stansiyası tikiləcək - 16,7 milyonluq layihə
- Elektromobillər üçün şarj stansiyaları haralarda quraşdırılıb? YENİLİKLƏR olacaq
- Prezident İlham Əliyev Kəlbəcərdə "Zar", Göygöl rayonunda "Toğanalı" KSES-in açılışını edib