Azərbaycanın Tehrandakı səfirliyinin 9 əməkdaşı İrandan təxliyə olunub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, onların təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təhlükəsiz şəkildə həyata keçirilib.
Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.
Qeydiyyat prosedurlarından sonra onlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.
Səfirliyin digər əməkdaşlarının da yaxın saatlarda təxliyəsi gözlənilir.
Azərbaycanın iki diplomatı "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə edilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, təxliyə olunanlar arasında Rusiyanın da üç diplomatı olub.
Bundan başqa, Çexiyanın da 3 diplomatı İrandan Azərbaycana təxliyə edilib.
Daha əvvəl də xəbər verdiyimiz kimi, martın 6-da saat 18:00-dan 21:00-dək İrandan Azərbaycana 26 ölkənin 210 vətəndaşı təxliyə olunub.