Dağıstan hakimiyyəti Rusiya-Azərbaycan sərhədində turistlərin ölkəyə girişi və çıxışında maneələrin aradan qaldırılması üçün yol xəritəsini hazırlayır; Mahaçqaladan Bakıya aviauçuşların həyata keçirilməsi, eləcə də Dərbənd-Bakı marşrutu üzrə ekspress qatarın buraxılması planlaşdırılır.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə Regional Turizm Nazirliyinin nümayəndəsi bildirib.
“Məhəmməd İsayev (Dağıstanın turizm və bədii xalq sənətləri naziri) nazirliyin aparatına yol xəritəsinin hazırlanmasına dair göstəriş verib. Bu xəritə vasitəsilə Rusiya-Azərbaycan sərhədində turistlərin ölkəyə girişi və çıxışında maneələri aradan qaldırılacaq.
Mahaçkaladan Bakıya aviauçuşların təşkil edilməsinin, eləcə də Dərbənd-Bakı marşrutu üzrə qatarın buraxılmasının imkanlarını nəzərdən keçirmək və məqsədəuyğunluğunu əsaslandırmaq tapşırılıb”, - agentliyin həmsöhbəti bildirib.
Onun sözlərinə görə, həftə ərzində Dağıstan və Azərbaycanın Turizm nazirliklərinin mütəxəssislərindən ibarət işçi qrupu yaradılacaq, bu qrup turistik infrastrukturu, qiymətləri öyrənməli, Azərbaycan və Rusiya turistləri üçün maraqlı turistik marşrutları hazırlamalıdır.
“Bu qastronomik tuzim, tibbi və kənd turizmin inkişafı üzrə marşrutlar da ola bilər”, - agentliyin həmsöhbəti bildirib.