Rusiyaya məxsus S-300 zenit-raket kompleksi yalnız ABŞ-ın “Patriot” sistemləri ilə müqayisə edilə bilər.
Oxu.Az xəbər verir ki, bu fikirləri “Komsomolskaya pravda” nəşrinə müsahibəsində “Almaz-Antey” konserninin konstruktor bürosunun sabiq baş direktoru İqor Aşurbəyli deyib.
“Biz S-400 sistemlərini hazırlayan zaman amerikalılar nələrisə oğurladı və bir kompleks ərsəyə gətirdilər”, - o bildirib.
Aşurbəylinin sözlərinə görə, Rusiyaya məxsus S-400 və S-500 sistemlərinin dünyada rəqibi yoxdur.
Sabiq baş direktor əlavə edib ki, S-300 kompleksləri Suriyanı 150-250 kilometrlik istənilən raketlərdən qoruya bilər. O deyib ki, əgər S-300-lər 2013-cü ildə Suriyaya göndərilsəydi, İsrailə məxsus F-16 qırıcıları belə rahatlıqla bu ölkə üzərindən uça və Rusiyaya məxsus İl-20 təyyarəsini vura bilməzdi.
Qeyd edək ki, İqor Aşurbəyli Bakıda doğulub və böyüyüb, Azərbaycan Neft və Kimya İnstututunu bitirib, 1990-cı ildə isə Moskvaya köçərək, orada bizneslə məşğul olub.
Oxu.Az yeniləndi!