Azərbaycanın “Bakı” klubunun futbolçusu Əziz Əliyev yolda qəzadan sonra yaranmış dava nəticəsində ciddi xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
AZE.az azerifootball.com-a istinadən xəbər verir ki, “BMV” markalı avtomobildə Litva yığmasının yarımmüdafiəçisi Deyvidas Çenauskislə məşqdən qayıdan 26 yaşlı müdafiəçi “Jiquli” markalı avtomobilin sürücüsü ilə dava edib.
Dava zamanı futbolçu bərk döyülüb.
Yayılmış məlumata görə, Quliyev qabırğa sınıqları zədələri ilə xəstəxanaya çatdırılıb. O, əməliyyat olunacaq.
Dava şəhərdəki kameralardan birinin obyektivinə düşüb və hazırda hüquq-mühafizə orqanları insidenti araşdırırlar.
www.aze.az
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin