Bütün dünyada məşhur olan opera müğənnisi Monserrat Kabalyenin Yerevandakı konsertinin təşkilatçısı Vaahn Qevorkyan onun Azərbaycanın işğal edilmiş torpaqlarında konsertinin planlaşdırılmasına dair yayılan məlumatları təkzib edib.
Bu barədə “Novosti-Armenia”ya agentliyinə Kabalyenin Ermənistandakı konsertinin təşkilatçısı Vaahn Qevorkyan bildirib.
“Mən təşkilatçı kimi sizi əmin edirəm ki, Kabalyenin Dağlıq Qarabağda konsert verməsinə dair məlumatlar həqiqətəuyğun deyil” – deyə, Qevorkyan qeyd edib.
Kabalyenin Yerevandakı konserti iyunun 9-da Spendiarov adına Milli Akademik Opera və Balet Teatrında baş tutacaq.
Qeyd edək ki, dünən axşam saatlarında erməni mətbuatı əfsanəvi opera müğənnisi Monserrat Kabalyenin iyunun 4-də Xankəndidə, iyunun 9-da isə İrəvanda çıxış edəcəyi barədə məlumat yaymış, biletlərin artıq satışa çıxarıldığını yazmışdı.
www.newsarmenia.ru
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin