Azərbaycanlı gənc Amerika Birləşmiş Ştatlarında avtomobilində ölü tapılıb.
Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva Oxu.Az-a açıqlamasında hadisənin Şimali Karolina ştatında qeydə alındığını bildirib:
“Azərbaycanlı Seymur Hüseynovun nəşinin ölkəyə gətirilməsi üçün Azərbaycanın ABŞ-dakı səfirliyi aidiyyəti qurumlarla iş aparır”.
L.Abdullayeva qeyd edib ki, onun koronovirusdan ölməsi barədə dəqiq məlumat yoxdur.
Qeyd edək ki, o, Azərbaycan vətəndaşı olub və “Green Card” vasitəsilə Şimali Karolina ştatına köçüb.
İlhamə Əbülfət