Bir neçə gün bundan əvvəl azərbaycanlı musiqiçi Əli Cəfərov itkin düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "Instagram"da məlumat yayıb.
O bildirib ki, Ə. Cəfərov toya getmək məqsədilə evdən çıxıb və qayıtmayıb: “Şəkildə gördüyünüz musiqiçi dostumuz Əlidir. Dünən evdən toy məqsədilə çıxıb və hələ də qayıtmayıb. Görən şəxslər bizə məlumat versin”.

E.Ə.
www.oxu.az