Bakı İstintaq təcridxanasına nişanlısı üçün mobil telefon keçirmək istəyən gənc qızın cəhdinin qarşısı alınıb.
Oxu.Az Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin saytına istinadən xəbər verir ki, Bakı İstintaq təcridxanasında saxlanılan məhbus Çingiz Cəfərova nişanlısı Ülviyyə Qədirovanın gətirdiyi sovqata baxış keçirilən zaman, “Arko” üz kreminin içərisinə kustar üsulla yerləşdirilmiş işlək vəziyyətdə, daxilində danışıq kartı olmayan “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.