58 il bundan öncə erməni ailəsi Bakıda azərbaycanlı oğlanı övladlığa götürüb. Bahadır adlı oğlanın anası Humay adlı qızına oğlunu tapmasını vəsiyyət edib.
Humay anasının son arzusunu yerinə yetirməyə and içib.
“Biz Vladimir İliç Lenin kombinatı (toxuculuq) yanında yaşayırdıq. Biz orada anam, qardaşım və mən yaşayırdıq”, - Humay deyib.
Humayın 9 yaşı olanda nənəsi onu yanına aparıb. Onu doğma Bakıdan 500 km uzağa aparıblar. Geriyə Humay 16 yaşı olanda qayıdıb.
“Gəldim və gördüm ki, qardaşım yoxdur. Anamdan qardaşımın harda olduğunu soruşdum. O, uzun müddət mənə heç nə demirdi. Yalnız ölüm yatağında olarkən, ürək tutması ilə xəstəxanaya düşdüyünü danışdı. O zaman anama xəstəxanada bir kişi yaxınlaşıb və hansısa kağızlara qol çəkməli olduğunu deyib. Xəstəxanadan çıxdıqdan sonra uşaq bağçasına gəlib, amma oğlunu tapmayıb”, - Humay deyib.
Anam uzun müddət oğlunu axtarıb, oğlunun övladlığa götürüldüyünü və indi onun adının Vladislav Poqosov olduğunu öyrənib.
Onu övladlığa götürən valideynləri anası ilə ünsiyyət qurmağı qadağan ediblər. 1979-cu ildə oğlanın anası vəfat edib. İndi Humay və ailənin digər üzvləri qardaşlarını axtarırlar.
Uzun illərdən sonra onlar qardaşlarını “Jdi menya” verilişinin yardımı ilə tapıblar.
Verilişin həmin buraxılışını sizə təqdim edirik: