Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi, “Addım” Gənclər Təşkilatı, Norveç Krallığının Azərbaycandakı rəsmi səfirliyi, AVTO FM və Park Bulvar AVM-in dəstəyi ilə sürücülərin və piyadaların yol təhlükəsizliyindən bəhs edən “Road Safety Baku 2015” çərçivəsində “Biz sizə BRILLIANT verəcəyik!” layihəsinə start verilir.
Oxu.Az xəbər verir ki, layihə çərçivəsində sürücü və piyadalara məxsusi olaraq layihə üçün Norveçdə hazırlanmış işıq reflektorları paylanacaq.
Müxtəlif aksessuarlar formasında hazırlanan reflektorlar “brilliant konsepsiya”sında dizayn olunub.
Bundan başqa layihə çərçivəsində gənc modelyerlər arasında “Yol təhlükəsizliyi” mövzusunda müsabiqə keçirilmişdir.
Müsabiqənin qaliblərinin hazırladığı geyimlərdə layihənin reklam siması xalq artisti Brilliant Dadaşovanın iştirakı ilə maraqlı foto çəkimləri baş tutmuşdur.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi, Norveç Krallığının Azərbaycandakı rəsmi səfirliyi və Avto FM-in dəstəyi ilə gerçəkləşən layihənin yekun tədbiri 3 May 19:00-da Park Bulvar AVM-də keçiriləcəkdir.
Tədbirdə dövlət rəsmiləri, KİV nümayəndələri, gənclər və layihənin siması xalq artisti Brilliant Dadaşova iştirak edəcəkdir.