Mayın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Oxu.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, mülayim şimal küləyi əsəcək.
Havanın temperaturunun gecə 8-13 dərəcə isti, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz olacaq. Lakin axşama doğru bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 11-16, gündüz 23-28, dağlıq ərazilərdə gecə 6-11, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.