FİFA-nın prezidenti vəzifəsinə namizəd olan Niderlandın Kral futbol ittifaqının rəhbəri Mixael van Praq və keçmişdə Portuqaliyanın məşhur yarımmüdafiəçisi Luiş Fiqu öz namizədliklərini İordaniya şahzadəsi Əli bin Əl-Husseynin xeyrinə geri götürə bilərlər, bu barədə Arab News bildirib.
Oxu.Az Qazeta-ya istinadən xəbər verir ki, digər namizəd isə FİFA-nın indiki prezidenti Yozef Blatterdir.
Yeni rəhbərin seçkiləri mayın 29-da Sürixdə keçiriləcək.