Avropanın 18 mindən çox hoteli Niderlandın onlayn rezervasiya platforması olan Booking.com-a qarşı kollektiv iddia qaldıraraq milyardlarla avro məbləğində təzminat tələb edib.
Oxu.Az "Bild" qəzetinə istinadən xəbər verir ki, iddia ərizəsinin yekun hissəsi rəsmi olaraq Amsterdam Rayon Məhkəməsinə təqdim olunub.
Məhkəmə prosesində Avropanın müxtəlif ölkələrindən ümumilikdə 18 135 hotel iştirak edir.
İddianın mahiyyəti ondan ibarətdir ki, Booking.com onilliklər ərzində hotellərlə bağladığı müqavilələrə qiymət pariteti ilə bağlı müddəalar daxil edib. Bu şərtlər hotellərin öz rəsmi internet saytlarında otaqları platformada göstərilən qiymətlərdən daha ucuz təklif etməsini qadağan edib.
İddiaçıların fikrincə, bu cür məhdudiyyətlər rəqabət qaydalarını pozub və hotel biznesinə ciddi maliyyə ziyanı vurub.