ABŞ polisi Minnesota ştatında sahibindən qaçan meymunu tutub.
Oxu.Az xəbər verir ki, bu barədə "Fox 9" telekanalı məlumat yayıb.
Polis əməkdaşları şaxtalı bir səhər Albert-Li şəhərinin küçələrində heyvanı görüblər. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, "Maknaqqet" adlı meymun özünü mehriban aparıb. Qısa "danışıqlardan" sonra o, isinmək üçün polis avtomobilinə minməyə razılaşıb.
Polis əməkdaşları zarafatla bildiriblər ki, "Maknaqqet" əməkdaşlıq etməyə razılıq verməzdən əvvəl vəkillə təmin olunmasını, daha sonra isə banan istəyib.
Hadisədən qısa müddət sonra meymun təhlükəsiz şəkildə sahibinə qaytarılıb.