Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanlı professor evində hücuma məruz qaldı: Əl-ayağını kəndirlədilər
Azərbaycan Universitetinin professoru, hüquq üzrə elmlər doktoru Mayis Əliyev evində hücuma məruz qalıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bir müddət əvvəl baş verib.
Məlumatda bildirilib ki, 55 yaşlı hüquqşünasa əvvəllər vəkili olduğu müvəkkillərindən birinin qardaşı, 31 yaşlı Ceyhun Məmmədov hücum edib. O, M.Əliyevin evinə gəlib, onunla danışmaq istədiyini deyərək otağa daxil olub. Bu vaxt Ceyhun əlindəki bıçağı professorun belinə dirəyib, ondan pul tələb edib. “İşini” rahat görmək üçün M.Əliyevi kresloya oturmağa məcbur edən şəxs onun əllərini-ayaqlarını kəndir və kabellə, ağzını isə yapışqan lentlə bağlayıb. Ceyhun bundan sonra hüquşünasın telefonunu götürüb. Bank proqramı vasitəsilə özünə 8 min manat pul köçürüb. Daha sonra nağd pul və digər əşyalarını götürərək evdən qaçıb.
Polisin keçirdiyi əməliyyat nəticəsində C.Məmmədov həbs edilib. Barəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsinin müvafiq bəndləri ilə cinayət işi başlanıb. Bu günlərdə iş üzrə ibtidai araşdırma başa çatıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, Mayis Əliyev Vəkillər Kollegiyasının üzvüdür. O, uzun illərdir Azərbaycan Universitetinin professoru, “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədridir.
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Rauf İsfəndiyarovun köməkçisinə də cinayət işi açıldı
- Afiyəddin Məmmədova hökm oxundu
- Elariz Məmmədoğlunun kürəkəni MƏHKƏMƏ QARŞISINDA: 4 milyonluq DƏLƏDUZLUQ
- Xanım qeydiyyatçı klinikanın 74 min manatını mənimsəməkdə ittiham edilir
- Perinatal Mərkəzin sabiq direktoru məhkəmədə ifadə verməkdən imtina etdi
Rəylər