Bir vaxtlar xalça ilə bərabər palaz və kilimlərdən də yer örtüyü kimi istifadə edilirdi. Amma son vaxtlar xalçalar öz nüfuzunu qoruyub saxlasa da, palazlar, demək olar ki, toxunmur və ya istifadə edilmir.
Abşeron sakini isə 15 ildir ki, hələ də milli palazlarımızın miniatür nüsxələrinin hazırlanması və təbliği ilə məşğul olur.
Oxu.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, Rəhilə Əhmədova bütün palaz növləri və naxışlarını miniatür şəkildə toxuyaraq özünə kolleksiya düzəldib.
Hazırda onun kolleksiyasında 50-dən çox fərqli növdə xırda həcmli palazlar var. Həmin palazları sosial şəbəkələrdə paylaşaraq təbliğatını aparır.
Kolleksiyada yaşı çox olan və nadir palaz növləri də var. Kolleksiya dəfələrlə sərgilərə çıxarılıb.
Rəhilə xanım deyir ki, əksər palazları özü toxuyub. Eyni zamanda, Abşeronun Qobu kəndində yaşayan palaz toxuyanlar da ona kömək edir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
İ.N.