Keçmiş SSRİ məkanında daha çox seksual aktiv qadınlar Özbəkistanda – 64,7%, daha az isə Tacikistanda (44,7%) yaşayırlar.
Oxu.Az “Qruziya Onlayn”a istinadən xəbər verir ki, keçmiş sovet məkanının 11 ölkəsində qadınların reproduktiv sağlamlığı üzrə açıq statistikanın nəticələrini öyrənən gender ekspertləri belə bir rəyə gəliblər.
Reytinq son dörd həftə ərzində heç olmasa 1 dəfə sekslə məşğul olduğunu etiraf edən qadınların ümumi sayı üzrə tərtib edilib.
Bu suala ən çox müsbət cavab verən qadınlar Özbəkistanda – 64,7%, Rusiyada – 62,1% və Ukraynada – 62% yaşayırlar. Seksual baxımdan ən az aktiv olan qadınlar Tacikistanda – 44,7% və Gürcüstanda – 47,6% yaşayırlar.
Tam reytinq:
1. Özbəkistan — 64,7%
2. Rusiya — 62,1%
3. Ukrayna — 62%
4. Qazaxıstan — 61,1%
5. Moldova — 57,7%
6. Qırğızıstan — 57,2%
7. Türkmənistan — 55,9%
8. Azərbaycan — 53,4%
9. Ermənistan — 51,6%
10. Gürcüstan — 47,6%
11. Tacikistan — 44,7%.
Belarusla bağlı açıq məlumatlar yoxdur.
Müqayisə üçün qeyd edək ki, İordaniya ən çox seksual aktiv qadınların olduğu ölkədir – 84,9%.
Eyni zamanda, HİV/QİÇS-dən əziyyət çəkən Namibiyada belə qadınların sayı ən azdır – cəmi 38,4%.
Tədqiqatın nəticələrinə əsasən, seksual aktiv qadınların ən çox payı 25-44 yaş kateqoriyasındadır. Daha sonra 45-49 yaşlı qadınlar, ən az isə 15-24 yaş kateqoriyası təşkil edir. Bu, nikahda olan qadınların ərdə olmayan, boşanmış yaxud əmək miqrantlarının arvadları olan qadınlardan daha çox sekslə məşğul olmaq imkanı ilə izah edilir.
Bundan başqa, məlum olub ki, daha yüksək təhsilli qadınlar yalnız orta məktəb bitirmiş qadınlarla müqayisədə daha çox seksual aktivdirlər.
Seksual aktivlik tezliyi Demographic and Health Surveys (DHS) metodu üzrə əhalinin sosial sorğusunun köməyi ilə, rəsmi statistika xidmətləri tərəfindən hesablanıb.
Reytinqdə 1999-2012-ci illərdə MDB ölkələrində bu istiqamətdə aparılan tədqiqatların məlumatları istifadə edilib.