Kipr Respublikasının Limassov şəhərində “Yeniyetmələr və Gənclər arasında Avropa birinciliyi” ilə əlaqədar təşkil olunan sambo üzrə yarışmada 16 idmançımız iştirak edib.
Bunlardan doqquzu yeniyetmə, yeddisi isə gənc idmançı olub.
Ermənistan təmsilçilərinin də iştirak etdiyi yarışda idmançılarımız 1 qızıl, 1 gümüş, 3 bürünc medal qazanıblar.
Belə ki, yeniyetmələr arasında 65 kiloqram üzrə çıxış edən Musa Mehdiyev ukraynalı idmançı Dmitri Raskin, belorus təmsilçisi Vladislav Sayapin və erməni Arutyun Arakelyana qalib gələrək, fəxri kürsünün ilk pilləsində qərarlaşıb.
Digər idmançılarımızdan 52 kiloqram üzrə Ağazadə Fuad ikinci yerə layiq görülüb.
Gənclər arasında 48 kiloqramda Xankişiyev Ülvi üçüncü, 62 kiloqramda Mikayılov Fərid ikinci, Şükürov Pərviz isə 68 kiloqramda üçüncü yerə layiq görülüb.
65 kiloqram üzrə birinci yerin qalibi Musa Mehdiyevin məşqçisi İmanverdi Məmmədovun sözlərinə görə, yarışmada ermənilər də iştirak etdiyindən bizim yığmamızın qalib gəlməsi, Azərbaycan bayrağının qaldırılması və himnimizin səslənməsi komandaya böyük qürur gətirib.
Azərbaycan Xəbərləri
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin