İsrail və Azərbaycan arasında münasibətlərin inkişafı çoxdandır ki, İranın narazılığına səbəb olur.
Bu barədə Vesti.Az-a tanınmış rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Elmlər Akademiyası Mərkəzi Asiya və Qafqazın öyrənilməsi mərkəzinin işçi qrupunun koordinatoru Aleksandr Skakov bildirib.
“Demək olar ki, Azərbaycan fəal surətdə İrana qarşı bir növ “istək koalisiyasına” cəlb olunur. Bundan başqa, İsrail özünü İrana qarşı planlarının ABŞ tərəfindən müəyyən dəstək qazanmasına nail olub. Bütün bunlar İsrailin İrana qarşı mümkün preventiv (ilk) zərbəsini daha çox mümkün edir” – deyə, politoloq qeyd edib.
A.Skakov istisna etmir ki, İrana qarşı müharibə başlayasa, Bakının Dağlıq Qarabağ ətrafında cəbhədə ciddi üstünlüklərə nail olmaq və hansısa əsas yüksəklikləri ələ keçirmək imkanı olacaq.
Bununla yanaşı, o əmindir ki, heç kim Bakıya 10 gün və ya iki həftədən artıq müharibə etməyə imkan verməyəcək.
Skakovun rəyinə görə, Azərbaycanın məqsədi cəbhə xəttində daha çox uğurlara nail olmaqdır ki, bundan danışıqlar prosesində istifadə edə bilsin.
www.vesti.az
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin