Bakı şəhər İcra Hakimiyyəti tərəfindən “Azadlıq” meydanında tikilən avtodayanacaq çöküb. Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, çöküntü bu gün səhər saatlarında baş verib.
Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması bəlli deyil.
Məlumata görə, “Azadlıq” meydanında tikilən avtodayanacaq çökməsi gecədən başlayıb.
Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, tikinti gedən avtodayanacaqda hazırda mütəxəssislər çalışır. Hadisə nəticəsində xəsarət alan barədə isə məlumat verilməyib.
www.anspress.com
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin