Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-da təhsil alan türk və azərbaycanlı tələbələrlə görüşüb.
Bu barədə Haberler.com məlumat yayıb.
Görüş Azərbaycanın Vaşinqtondakı nümayəndəliyində baş tutub.
İqamətgaha gələn Çavuşoğlunu binanın önündə rəsmi şəxslərlə yanaşı, azərbaycanlı şagirdlər qarşılayıb. Onların sözləri və səsləndirdiyi şeir türk naziri kövrəldib.
Uşaqlardan biri Çavuşoğluna “Bu gün Azərbaycan evində ailəmizin bir üzvü kimi sizi qarşıladığımız üçün çox şadıq. Xoş gəlmisiniz” deyib, digər şagird isə Bəxtiyar Vahabzadənin “Azərbaycan, Türkiyə” şeirini səsləndirib. Nazir hər iki şagirdə təşəkkür edib.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-da təhsil alan türk və azərbaycanlı tələbələrlə görüşüb. Bu barədə Haberler.com məlumat yayıb.Görüş Azərbaycanı...
Samir İsayev
Rəylər