Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
PA rəsmisi: Bu il 800 əlil ailəsinə mənzil veriləcək
2018-ci ildə özünüməşğulluq proqramına cəlb olunmuş ailələrdən 7267-si biznes planlarını uğurla müdafiə edib ki, bu da 2017-ci illə müqayisədə, 6,5 dəfə çoxdur. Bütövlükdə beş mindən çox ailə aktivlərlə təmin olunub.
Oxu.Az xəbər verir ki, bu fikirlər Prezident Administrasiyasının (PA) Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə münasibəti bütün məmurlara örnəkdir” adlı yazısında öz əksini tapıb.
O qeyd edib ki, ötən il bu proqrama cəlb edilənlərin 1300 nəfərə qədərini məcburi köçkün, 1000 nəfərdən çoxunu əlilliyi olan, 1000 nəfərə qədərini ünvanlı yardım alan şəxslər, 400 nəfərə qədərini sağlamlıq imkanları məhdud uşaqları olan valideynlər, 300 nəfərini müharibə veteranı, 160 nəfərini şəhid ailəsi üzvləri, 70 nəfərini penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilənlər və digərləri təşkil edib:
“Bu işlərin 2019-cu ildə də davam etdirilməsi və daha səkkiz min nəfərin özünüməşğulluq proqramına cəlb olunması nəzərdə tutulur”.
PA rəsmisi qeyd edib ki, ötən 15 il ərzində şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 6650, təkcə 2018-ci ildə isə nəzərdə tutulandan üç dəfə çox – 626 mənzil təqdim edilib.
“Ölkə başçısının tapşırığına uyğun olaraq, 2019-cu ildə bu kateqoriyalardan olan şəxslərə azı 800 mənzil veriləcək”, - deyə S.İsmayılov yazıb.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyev: "COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir"
- Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
- Bu xəbərləri qaçırmayın: 23.11.2024-ün ən mühüm hadisələri
- Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Rəylər