Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanlı uşaqların potensialı qiymətləndirildi - ARAŞDIRMA
Dünya bankı 157 ölkə arasında “İnsan kapitalının indeksi”nin (The Human Capital Index) hesablandığı araşdırma hazırlayıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan bu siyahıda 69-cu yeri tutub.
Dünya Bankının araşdırmasına görə, Azərbaycanda insan kapitalının indeksi 2017-ci ilin nəticələrinə görə 0,60 təşkil edib.
Bu, o deməkdir ki, Azərbaycanda doğulan uşaqlar yetkinlik yaşına çatan zaman tam təhsil aldıqda və səhhəti yaxşı olduqda potensialının 60 faizini reallaşdıra bilirlər.
Azərbaycan indeksinə görə üçüncü qrup ölkələr sırasındadır. Bu qrupda Gürcüstan 61-ci (0,61), Türkiyə 53-cü (0,63), Ukrayna isə 50-ci (0,65) yerdə qərarlaşıb.
Qonşu Rusiya ikinci qrupda 0,73 ilə 34-cü yerdə qərarlaşıb. Reytinqin liderləri birinci qrupda yer alan Sinqapur (0,88), Koreya Respublikası (0,84) və Yaponiyadır (0,84).
Oxu.Az yeniləndi!
"Sinqapur" teqi üzrə xəbərlər
- "Mercedes" Sinqapurda maşınların rəngini dəyişəcək
- "TikTok"un baş qərargahında kütləvi zəhərlənmə baş verib
- Sinqapur sahillərində iki neft tankeri yanır
- Orta Dəhliz boyunca rəqəmsal platforma nə vaxt istifadəyə veriləcək? - AÇIQLAMA
- Kasım-Jomart Tokayev: “Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur” - MÜSAHİBƏ
Rəylər