“Davamlı inkişaf həllərinin şəbəkəsi” beynəlxalq layihənin analitikləri əhalinin xoşbəxtlik səviyyəsinə görə dünya ölkələrinin 2015-ci il reytinqini (World Happiness Report 2015) təqdim ediblər.
Oxu.Az xəbər verir ki, reytinqdə Azərbaycan 80-ci yerdədir. Azərbaycanda xoşbəxtlik indeksi 5.212 təşkil edir.
Bu reytinqdə Azərbaycan Gürcüstan və Ermənistanı qabaqlayıb. Belə ki, Gürcüstan 4.297 xoşbəxtlik indeksi ilə 130, Ermənistan isə 4.350 xoşbəxtlik indeksi ilə 127-ci yerdədir.
Qeyd edək ki, reytinqə əsasən dünyanın ən xoşbəxt ölkəsi İsveçrədir.
Araşdırma Kolumbiya Universitetində fəaliyyət göstərən “Yer İnstitutu” tərəfindən BMT-nin himayəsi altında aparılıb. Məqsəd dünya ölkələrinin və ayrıca regionların onların öz sakinlərinin xoşbəxt həyatını təmin etməsi üçün nailiyyətlərini göstərməkdir.

