ABŞ-ın paytaxtı Vaşinqtonda iPhone 6-nı satın almaq üçün növbəyə duranlar sırasında azərbaycanlılar da var.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı sakini İbrahim Niyazov telefona sahiblənmək üçün artıq okeanın o tayındadır. ABŞ-ın Virciniya ştatında telefon növbəsində olan həmyerlimizin sözlərinə görə, yaxın dəqiqələrdə telefon almaq üçün onun növbəsi olacaq:
“Çox həyəcanlıyam. Məndən başqa burada bir neçə azərbaycanlı da var. iPhone 6-nın qiyməti isə burada 900 dollardır”.
O həmçinin bildirib ki, İPhone 6-ya görə günlərdir çadırda yatanlar da var.
