Day.Az xəbər verir ki, bu barədə Trend-ə çərşənbə günü Nazirlər Kabineti yanında Terminologiya komissiyasının sədr müavini Sayalı Sadıqova bildirib.
“2010-2012-ci illərin statistikası buna dəlalət edir. Müstəqillik əldə edənə kimi Azərbaycanda Olya və ya Qalya kimi rus adlarına üstünlük verirdilər” – deyə, sədr müavini bildirib.
Sadıqovanın sözlərinə görə, müəyyən adlar İslam dinindən gəlib və ərəb mənşəlidir. Əli, Məhəmməd, Hüseyn, Əhməd, Mehdi kimi adlar artıq milli adlar hesab olunur. Bu adların Azərbaycan dilində yazılış forması ərəb dilindən fərqlənir.
O, son vaxtlar yeni adların da peyda olduğunu qeyd edib. Məsələn, Nuray, Nurgün, Aygün, Dəniz, Dərya kimi adlar da indi milli hesab olunur.
Terminologiya komissiyasının sədrinin təyinatından sonra xüsusi adlardan istifadəyə nəzarət üzrə ayrıca işçi qrupu yaradılacaq. Bunun üçün VVADQ orqanlarına adların əks olunduğu kitablar veriləcək, komissiyanın nümayəndəsi bildirib.
Onun sözlərinə görə, VVADQ orqanlarının hüquqşünasları övladlarına milli deyil, gülməli adlar qoyanları maarifləndirməlidirlər. Belə olan halda, həmin insanların sayı da azalacaq.
www.day.az
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin