Yasamal rayonu ərazisində yerləşən 6 saylı doğum evinə xəstə qəbul olunmur.
Respublikanın baş pediatrı Nəsib Quliyev Milli.Az-a açıqlamasında doğum evinin təmirə bağlandığını bildirib.
Baş pediatrın sözlərinə görə, dövlət tərəfindən xəstəxananın əsaslı təmiri üçün vəsait ayrılıb. Buna görə də doğum evi tam şəkildə təmirə bağlanıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfiyyə Məmmədovanın sözlərinə görə, hazırda doğum evinə qəbul dayandırılıb. Xəstəxanada olanlar profillərinə uyğun olaraq başqa səhiyyə müəssisələrinə köçürülüblər.
www.milli.az
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin