Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycanlılara işgəncələr verən ermənilərin məhkəmə iclası yekunlaşdı - YENİLƏNİB
Bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə növbəti məhkəmə iclası davam etdirilib.
“Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər son sözlə çıxış ediblər.
Onlar təqsirləndirilən şəxslərin ən ağır cəza - ömürlük azadlıqdan məhrum edilməsini istəyiblər.
Müdafiə tərəfi çıxış üçün vaxt istəyib.
Proses avqustun 2-nə təyin edilib.
Qeyd edək ki, prokuror çıxışında təqsirləndirilən şəxslərin hər birinin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. O, təqsirləndirilən şəxslərin cəzasının 10 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin müəyyənləşdirilməsini tələb edib.
15:18
Bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsi zamanı əsir götürülən azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilir.
“Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb.
Prokuror ittiham nitqi ilə çıxış edir.
"Qarabağ" teqi üzrə xəbərlər
- Ağdərə rayonunun Həsənriz kəndindən FOTOREPORTAJ
- Güllə səsi ilə susdurulan son toyun 30 il sonra cuşa gələn çal-çağırı
- Erməni general: "Daşnak" taborunda Qarabağdan olanlarla yanaşı, Ermənistan vətəndaşları da var idi"
- Qukasyan: "1992-ci ildə Qarabağ ərazisində 30 mindən az erməniəsilli sakin yaşayırdı"
- Şuşa əməliyyatı ilə bağlı film: Çəkilişlər harada və nə zaman başlayır? - ÖZƏL