Bu günlərdə çoxları “soyuqdu” deyib evdən bayıra çıxmaq istəmir. İndi təqdim edəcəyimiz süjetin qəhrəmani isə qışın bu çağında dənizdə çimir.
Oxu.Az xezerxeber.com-a istinadən bildirir ki, onun yeni il əyləncəsi Xəzər soyuq sularında üzməkdir. Qubanın Yalavanc-Buduq kəndində yaşayan 23 yaşlı Tərlan Dadaşov soyuğa meydan oxuyur. Qışın bu çağında Xəzər dənizində çimir və idmanla məşğul olur.
Balıqçılıqla məşğul olan Tərlan Dadaşovun sözlərinə görə soyuq su ilə çimməyə uşaq yaşlarından öyrəşib. Balıq tutduğu qayıq bir neçə dəfə batsa da bu bacarığı sayəsində boğulmaqdan xilas ola bilib.
Qışın bu soyuğunda dənizdə çimməsinə baxmayaraq nə xəstələnir, nə də hər hansı bir ağrı hiss edir.Tərlan Dadaşov gənclərə məsləhət də verir.
E.Ə.
www.oxu.az