Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Azəriqaz"ın vəzifəli şəxslərinin sürücüləri işdən çıxarılırlar? - RƏSMİ AÇIQLAMA
"Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun vəzifəli şəxslərin sürücülərinin işdən azad olunması ilə bağlı əmr imzaladığı iddia edilib.
Oxu.Az xəbər verir ki, məlumatı hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı yayıb.
O qeyd edib ki, belə olan halda vəzifəli şəxslər öz maşınlarından istifadə edəcəklər və bunun müqabilində onlara təxminən 2 000-2 500 manat vəsait - maşının icarəsi və benzin pulu ödəniləcək.
Məsələ ilə bağlı "Azəriqaz" İB-nin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq yayılan məlumat qəti şəkildə təkzib olunub.
"Azəriqaz" İB-nin baş direktoru vəzifəli şəxslərin sürücülərinin işdən azad olunması ilə bağlı hər hansı bir əmr imzalamayıb. Yayılan məlumatın heç bir əsası yoxdur", - deyə məlumatda bildirilib.
Əzizə İsmayılova