Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Əziz Ələkbərli: "Qərbi Azərbaycan 60 milyonluq azərbaycanlıların məsələsidir"
"Erməni yalanları və saxtakarlıqlarının ifşası üçün tarixi mənbələrin önəmi böyükdür".
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli aprelin 22-də Bakıda "Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Azərbaycan əraziləri haqqında etno-hay hiylə və fitnələri" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ermənilər hər zaman dünya ictimaiyyətini yalanlarına inandırmağa çalışıblar: "Həmin beyinlərdən saxtakarlıqları çıxarmaq, sonra həqiqətləri təqdim etmək lazımdır. Erməni yalanlarının ifşası üçün tarixi mənbələrin önəmi böyükdür".
Sədr əlavə edib ki, Qərbi Azərbaycana qayıdış prosesi ilə bağlı böyük işlər gedir: "Bu, təkcə Qərbi azərbaycanlıların məsələsi deyil, 60 milyonluq azərbaycanlıların məsələsidir".
"Qərbi Azərbaycan İcması (QAİ)" teqi üzrə xəbərlər
- Xronika: Ermənistanın qanunvericilik, icra və məhkəmə orqanlarında Azərbaycan dili işlənəcək
- Xronika: Nadir şaha görə ərini öldürüb, qalanı təhvil verən erməni qadını
- Xronika: Axsu, Axtaxana, Axtacul, Axund Buzovand, Axura - Türk tarixinin izi
- Xronika: "Mirzə Qədim İrəvanini təbliğ etmək Qərbi Azərbaycanı yaşatmaqdır"
- Qazaxıstanda Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib