“Azərişıq” ASC noyabrın 21-də Laçın rayonunun Güləbird kəndi ərazisində minaya düşərək xəsarət alan əməkdaşı barədə məlumat yayıb.
Bu barədə Oxu.Az-a qurumun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, “Azərişıq” ASC-nin əməkdaşı Əbilov Mahir Ramiz oğlunun vəziyyəti hazırda stabildir:
“Hadisədən dərhal sonra Mahir Əbilov “Azərişıq” ASC rəhbərliyinin qərarı ilə təcili olaraq Bakı şəhərindəki özəl klinikalardan birinə gətirilib və əməliyyat olunub. Təəssüf ki, yaralının bir ayağı topuqdan amputasiya edilib”.
Qeyd edək ki, Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşüb. O, Laçın istiqamətində yüksək gərginlikli xəttin çəkilişi üçün Biləsuvar Elektrik Şəbəkəsindən elektrik kimi ezam olunub.