Bakı şəhərini içməli su ilə təmin edən Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında baş vermiş qəza ilə bağlı işlər davam edir.
Bu barədə APA-ya “Azərsu”nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.
Qeyd edək ki, qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını su basmışdı.
Bir qədər əvvəl FHN-dən verilən məlumata görə, nazirliyin qüvvələri tərəfindən Bakı-Qazax avtomagistralı boyu su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işi ötən gecə saatlarında sona çatdırılıb.
11:08
Qaradağda qəzalı ərazidə suyun çəkilərək kənarlaşdırılması işi sona çatdırılıb.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Məlumat verildiyi kimi, Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonundan keçən hissəsində baş vermiş qəza nəticəsində ətraf ərazilərdə baş vermiş subasmanın aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq tədbirlərin görülməsi təmin olunub.
Belə ki, FHN-in qüvvələri tərəfindən Bakı-Qazax avtomagistralı boyu su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işi ötən gecə saatlarında sona çatdırılıb.