Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

“Azəryolservis” buzlara müharibə elan etdi
Paytaxt yolları buz bağlayarsa, bütün texniki qüvvələrimizi səfərbər edəcəyik.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, bu sözləri “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
O, qeyd edib ki, avqust-sentyabr ayından idarə payız, qış mövsümünə hazırlanıb və yetəri qədər qum və duz ehtiyatı toplanılıb.
“Hazırda Bakı yollarında qalın qar örtüyü yoxdur və yollar buz bağlamayıb. Əgər gecə müşayiət olunacaq şaxta nəticəsində yollar buz bağlayarsa, texnikalarımız və işçi qüvvələrimiz səfərbər olunacaq və lazımi yerlərə təhkim olunacaq. Növbətçi briqadalarımız sutkanın 24 saatı işləyir”.
Qeyd edək ki, dekabrın 12-dən 13-ə keçən gecə paytaxtda 0-4 dərəcə şaxta müşahidə olunacaq, yollar buz bağlayacaq.
"Bakı" teqi üzrə xəbərlər
- Tokayev: "Bakı və İrəvan arasında sülh sazişi layihəsi danışıqlarının başa çatmasını alqışlayırıq"
- "Red Wings" aviaşirkəti Moskva və Bakı arasında müntəzəm uçuşları bərpa edir
- Bakıda zəcirvari qəza baş verdi: Bir maşın AŞDI
- Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?
- Bakıda müğənninin qızı rəfiqələrinə qoşulub evdən qaçdı