Bakı Beynəlxalq Avtovağzalının yanında möhtəşəm atıcılıq kompleksi tikilir.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Day.Az saytına “Azərbaycan Atıcılıq Federasiyası”nın vitse-prezidenti Hafiz Cəfərov məlumat verib.
Onun sözlərinə görə, oradakı köhnə atıcılıq stendi sökülüb, yerində yeni kompleks tikilir.
Bu kompleks Bakı 2015 Avropa Oyunlarına hazırlıq çərçivəsində tikilir. Kompleks bütün beynəlxalq standartlara cavab verir.