Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi xəbərdarlıq edib.
Oxu.Az xəbər verir ki, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Səbail rayonu Neftçilər prospekti və “Azneft” dairəsində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə, qismən (2 zolaqda) məhdudlaşdırılacaq.
Qeyd edək ki, dünən axşam yağan yağışla əlaqədar olaraq, rənglənmə işlərini tamamlamaq mümkün olmayıb.
08.04.2014 - 17:26
“Azneft” dairəsində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə, qismən məhdudlaşdırılacaq.
Oxu.Az xəbər verir ki, Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, bu gün saat 22:00-dan etibarən Səbail rayonu Neftçilər prospekti və “Azneft” dairəsində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə, qismən (2 zolaqda) məhdudlaşdırılacaq.
Nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması, adıçəkilən ərazidə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi ilə əlaqəlidir.