Bakıda zavodda baş verən yanğın söndürülüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, yanğın zavodun dam örtüyündə qeydə alınıb.
Yanğın nəticəsində xəsarət alan olmayıb.
Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.
15:40
Bakıda zavod yanır.
Oxu.Az APA-ya istinadən xəbər verir ki. Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, Balaxanı Maşınqayırma Zavodunda yanğın başlayıb.
Hadisə yerinə Sabunçu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını cəlb edilib.
Hazırda alovun söndürülməsi istiqamətində iş aparılır.