Ümumdünya Səhiyyə Təşkilatının bütün dünyada elan etdiyi pandemiya dövründə Prezident İlham Əliyevin iradəsi və qətiyyəti sayəsində ölkəmizdə vaxtında görülmüş qabaqlayıcı tədbirlər nəticəsində xalqımızın bu bəladan xilas olması istiqamətində bütün mümkün tədbirlər həyatə keçirilir.
Bu ağır dönəmdə ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dəfələrlə xalqa müraciət edərək, daim öz vətəndaşlarının yanında olduqlarını sübut edib, vətəndaşların sağlamlığının və sosial rifahının ən ümdə və prioritet məsələ olduğunu qeyd ediblər.
“AzToyuq” MMC ölkə başçısının şəxsi təşşəbüsü ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilk ianə edən təşkillatlardan biri olub.
Bundan əlavə, “Aztoyuq” MMC Prezident İlham Əliyevin sahibkarlara və iş adamlarına müraciət edərək, işçilərin işdən azad olunmaması və ixtisara salınmaması barədə tövsiyələrini rəhbər tutaraq, 30 nəfər işçi ilə əmək müqaviləsi bağlayıb və təsisçilərin şəxsi vəsaitləri hesabına əməkhaqlarının ödənilməsini öhdəsinə götürüb.
Baxmayaraq ki, “AzToyuq” MMC-nin Xaçmaz rayonu Çarxı kəndi ərazisində inşa etdiyi müasir quşçuluq kompleksinin tikinti-tamamlama işlərinin başa çatdırılması və müəssisənin istismara verilməsi avqust-sentyabr aylarına planlaşdırılır və işə götürülmüş bu 30 nəfər işçi ilə əmək müqavilərinin bağlanıması həmin vaxta nəzərdə tutulurdu.
“AzToyuq” MMC Xaçmaz rayonu icra hakimiyyəti ilə birlikdə Xaçmaz rayonu Çarxı kəndində yaşayan 350 aztəminatlı ailəyə ərzaq yardımı paylayıb.
“AzToyuq” MMC Prezident İlham Əliyevin daxili və xarici siyasətini tam olaraq dəstəkləyir və Azərbaycan iqtisadiyyatına öz töhfəsini verməyə çalışır.